Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Gürcüstan Respublikasının Batumi şəhərində Gürcüstan-Azərbaycan Birinci Hüquq Forumu təşkil olunub

05 dekabr 2022    571 share share

Gürcüstan Respublikasının Batumi şəhərində Gürcüstan-Azərbaycan Birinci Hüquq Forumu təşkil olunub.

Forumun açılış nitqində ədliyyə nazirləri Rati Breqadze və Fikrət Məmmədov, Acarıstan Muxtar Respublikası hökumətinin başçısı Tornike Rijvadze çıxış ediblər. 
 
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası forumda Rəyasət Heyətinin üzvü Elçin Usub tərəfindən təmsil olunmuşdur. 
 
Tədbirdə vətəndaş məmnunluğuna maksimum nail olmaq üçün göstərilən hüquqi xidmətlərin rəqəmsallaşdırılması, insanların rahatlığı üçün xidmətlərin məsafədən, elektron və mobil tətbiqlər vasitəsilə göstərilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi, vəkillik və mediasiya institutunun fəaliyyəti, beynəlxalq hüquqi əməkdaşlıqda yeni tendensiyalarla bağlı təqdimatlarla çıxışlar edilərək yeniliklər və müsbət təcrübələr bölüşülüb.
 
Elçin Usub "Ədalət mühakiməsinin effektiv tətbiqində Vəkillərin rolu" mövzusunda təqdimatla çıxış etmişdir. O, öz çıxışında son illər ərzində yerli və xüsusilə beynəlxalq arenada Kollegiya tərəfindən görüşən işlər barədə, Azərbaycanda vəkillik institunun nüfuzunun artırılması istiqamətində həyata keçirilmiş tədbirlər, ədalət mühakiməsi sahəsində mövcud problemlər, görülmüş işlər, habelə qarşıda duran vəzifələr və prespektivlərlə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
 
İngilis dilində keçən forumda ədliyyə, prokurorluq orqanlarının nümayəndələri, hakimlər, vəkillər və digər hüquqşünaslar iştirak ediblər. Eyni zamanda, daha geniş auditoriyanı əhatə etmək üçün ölkəmiz tərəfindən digər iştirakçılar hibrid formatda tədbirə onlayn qoşulublar.
 
Qeyd edək ki, Gürcüstan-Azərbaycan Hüquq Forumu hər il keçiriləcək və bu foruma öz növbəsində Gürcüstan və Azərbaycan ev sahibliyi edəcəkdir.