Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilmişdir.
12 may 2023-cü il tarixində “ Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi ” mövzusu üzrə onlayn qaydada keçirilmiş təlimdə Ədliyyə Nazirliyi İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin Strateji planlaşdırma şöbəsinin böyük məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Nərgiz Murquzova;
18 may 2023-cü il tarixində “ Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması əməlinin tövsifi əsasları ” mövzusu üzrə əyani qaydada keçirilmiş təlimdə Maliyyə Monitorinqi Xidmətinin Hüquq Departamentinin direktoru Azər Abbasov;
24 may 2023-cü il tarixində “ Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci (Şəxsi və ailə həyatına hörmət) ve 14-cü maddələri (ayrı-seçkiliyin qadağan olunması)” mövzusu üzrə əyani qaydada keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü Nihad Əliyev;
25 may 2023-cü il tarixində “ Hüquqi yazı üslubları və strukturu-İRAC, CRAC cə CREAC strukturları ” mövzusu üzrə onlayn qaydada keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev təlimçi qismində iştirak etmişlər.
Ümumilikdə, təlimlərdə 96 nəfər vəkil iştirak etmişdir.