100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilmişdir

26 May 2023    987 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilmişdir.

12 may 2023-cü il tarixində “
Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi ” mövzusu üzrə onlayn qaydada keçirilmiş təlimdə Ədliyyə Nazirliyi İnformasiya texnologiyaları və innovasiyalar  idarəsinin Strateji planlaşdırma şöbəsinin böyük məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Nərgiz Murquzova;

18 may 2023-cü il tarixində “ Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması əməlinin tövsifi əsasları ” mövzusu üzrə əyani qaydada keçirilmiş təlimdə Maliyyə Monitorinqi Xidmətinin Hüquq Departamentinin direktoru Azər Abbasov;

24 may 2023-cü il tarixində “ Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci  (Şəxsi və ailə həyatına hörmət) ve 14-cü maddələri (ayrı-seçkiliyin qadağan olunması)” mövzusu üzrə əyani qaydada  keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü Nihad Əliyev;

25 may 2023-cü il tarixində “ Hüquqi yazı üslubları və strukturu-İRAC, CRAC cə CREAC strukturları ” mövzusu üzrə onlayn qaydada  keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev təlimçi qismində iştirak etmişlər.

 Ümumilikdə, təlimlərdə 96 nəfər vəkil iştirak etmişdir.