Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının
Akademiyası və Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin birgə təşkilatçılığı
ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75 illiyinə həsr
edilmiş "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və İnsan hüquqlarına müasir
yanaşmalar" adlı dəyirmi masa keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi
bir dəqiqəlik sükutla anılıb.
Dəyirmi masada Vəkillər Kollegiyası Akademiyasının
rektoru, BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ
UNESCO kafedrasının professoru, h.e.d Əmir Əliyev çıxışında Kollegiyanın sədri
Anar Bağırovun adından tədbirin keçirilməsi ilə əlaqədar Elm və Təhsil
Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri h.ü.f.d Eldar Qocayevə, BDU
SABAH qruplarının rəhbəri İradə Süleymanovaya, o cümlədən professor-müəllim heyətinə,
iştirak edən tələbələrə minnətdarlığını bildirib. Professor Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin qəbul edilməsinin əhəmiyyətini və Bəyannamədən irəli gələn
öhdəliklərin BMT-yə üzv olan dövlətlər, habelə Azərbaycan üçün əhəmiyyətli məsələlərə
toxunub. Eyni zamanda, o, Kollegiyada keçirilən tədbirləri barədə ətraflı danışıb,
bu istiqamətdə son əhəmiyyətli məqamları qeyd edib.
Daha sonra çıxış edən Vəkillər Kollegiyanın (VK) Baş
katibi Bayram Orucov insan hüquqları sahəsində beynəlxalq təcrübə, VK-nın da
birbaşa iştirakı ilə qanunvericiliyimizin bu təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi,
iyunda - milli insan hüquqları aylığı çərçivəsində görülən silsilə tədbirlər,
insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi ilə bağlı tərəfimizdən
aparılan islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Həmçinin tədbirdə Eldar Qocayev, Vəkillərin İxtisas
Komissiyasının sədri, h.e.d, professor Turqay Hüseynov, Hüquq və İnsan Haqları
İnstitutunun İdarə Heyətinin sədr müavini, h.ü.f.d Üzeyir Məmmədov, h.ü.f.d,
dosent Vəfaddin İbayev, BDU-nun Cinayət prosesi kafedrasının professoru, h.e.d
Midhəd Qəfərov, BDU-nun Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının
müdiri, h.ü.f.d Əlizadə Məmmədov mövzu barədə çıxış ediblər.
Sonda dəvət olunan hüquqşünas alimlər tərəfindən tələbələrin maraqlı sualları cavablandırılıb.
\