Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Akademiyası və Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75 illiyinə həsr edilmiş "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və İnsan hüquqlarına müasir yanaşmalar" adlı dəyirmi masa keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Dəyirmi masada Vəkillər Kollegiyası Akademiyasının rektoru, BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru, h.e.d Əmir Əliyev çıxışında Kollegiyanın sədri Anar Bağırovun adından tədbirin keçirilməsi ilə əlaqədar Elm və Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri h.ü.f.d Eldar Qocayevə, BDU SABAH qruplarının rəhbəri İradə Süleymanovaya, o cümlədən professor-müəllim heyətinə, iştirak edən tələbələrə minnətdarlığını bildirib. Professor Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin əhəmiyyətini və Bəyannamədən irəli gələn öhdəliklərin BMT-yə üzv olan dövlətlər, habelə Azərbaycan üçün əhəmiyyətli məsələlərə toxunub. Eyni zamanda, o, Kollegiyada keçirilən tədbirləri barədə ətraflı danışıb, bu istiqamətdə son əhəmiyyətli məqamları qeyd edib.
Daha sonra çıxış edən Vəkillər Kollegiyanın (VK) Baş katibi Bayram Orucov insan hüquqları sahəsində beynəlxalq təcrübə, VK-nın da birbaşa iştirakı ilə qanunvericiliyimizin bu təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi, iyunda - milli insan hüquqları aylığı çərçivəsində görülən silsilə tədbirlər, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi ilə bağlı tərəfimizdən aparılan islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Həmçinin tədbirdə Eldar Qocayev, Vəkillərin İxtisas Komissiyasının sədri, h.e.d, professor Turqay Hüseynov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini, h.ü.f.d Üzeyir Məmmədov, h.ü.f.d, dosent Vəfaddin İbayev, BDU-nun Cinayət prosesi kafedrasının professoru, h.e.d Midhəd Qəfərov, BDU-nun Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri, h.ü.f.d Əlizadə Məmmədov mövzu barədə çıxış ediblər.
Sonda dəvət olunan hüquqşünas alimlər tərəfindən tələbələrin maraqlı sualları cavablandırılıb.