Cari ilin dekabr ayının
15-də İsmayıllı rayonunda Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı
keçirilib.
Ümumi Yığıncağın Azərbaycanın
Dövlət Himni ilə açılışı olub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100
illiyi ilə əlaqədar fəaliyyətinə toxunulub, Ulu Öndərin və Azərbaycanın bütövlüyü
uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
İdarə Heyəti adından
Şuranın Nizamnaməsinin 6.26-cı bəndinə əsasən Mediasiya Şurasının İdarə Heyətinin
sədri Nadir Adilov hesabat verib.
Tədbirin ikinci rəsmi hissəsində
qonaqlar çıxış edib.
Azərbaycan Respublikasının
Vəkillər Kollegiyasının (ARVK) sədr müavini Pərviz Ələkbərov çıxışında ARVK və Mediasiya
Şurası arasında olan səmərəli əməkdaşlığı qeyd edib.
Daha sonra Ümumi
Yığıncağında mediatorlara ilk dəfə olaraq xidməti vəsiqələr və yaxa nişanları təqdim
olunub. Xidməti vəsiqələr və yaxa nişanlarını Mediasiya Şurası İdarə Heyətinin
sədri Nadir Adilovla Kollegiyanın sədr müavini Pərviz Ələkbərov təqdim edib.
Ümumi Yığıncağının
yekunlarında ARVK-nın sədri Anar Bağırov Mediasiya Şurasının Fəxri mediator
diplomu və yaxa nişanı ilə təltif edilib. Anar Bağırovun diplom və yaxa nişanı
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən Kollegiyanın sədr
müavini Pərviz Ələkbərova təqdim olunub.
Tədbirdə Mediasiya Şurası adından Şuranın fəaliyyətinə göstərdiyi dəstək üçün ARVK-ya dərin təşəkkür edilib və Kollegiyanın gələcək fəaliyyətində uğurlar arzulanıb.
Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov