Cari ilin dekabr ayının 15-də İsmayıllı rayonunda Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib.
Ümumi Yığıncağın Azərbaycanın Dövlət Himni ilə açılışı olub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar fəaliyyətinə toxunulub, Ulu Öndərin və Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdarə Heyəti adından Şuranın Nizamnaməsinin 6.26-cı bəndinə əsasən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov hesabat verib.
Tədbirin ikinci rəsmi hissəsində qonaqlar çıxış edib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədr müavini Pərviz Ələkbərov çıxışında ARVK və Mediasiya Şurası arasında olan səmərəli əməkdaşlığı qeyd edib.
Daha sonra Ümumi Yığıncağında mediatorlara ilk dəfə olaraq xidməti vəsiqələr və yaxa nişanları təqdim olunub. Xidməti vəsiqələr və yaxa nişanlarını Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovla Kollegiyanın sədr müavini Pərviz Ələkbərov təqdim edib.
Ümumi Yığıncağının yekunlarında ARVK-nın sədri Anar Bağırov Mediasiya Şurasının Fəxri mediator diplomu və yaxa nişanı ilə təltif edilib. Anar Bağırovun diplom və yaxa nişanı Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən Kollegiyanın sədr müavini Pərviz Ələkbərova təqdim olunub.
Tədbirdə Mediasiya Şurası adından Şuranın fəaliyyətinə göstərdiyi dəstək üçün ARVK-ya dərin təşəkkür edilib və Kollegiyanın gələcək fəaliyyətində uğurlar arzulanıb.
Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov