22 dekabr 2023-cü il
tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində ELSA Azərbaycan
tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tam dəstəyi ilə həyata
keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının 9-cu buraxılışının
final mərhələsi keçirilib.
Tədbirdə açılış nitqi ilə
çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev iştirakçıları
salamlayaraq final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara
uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, ELSA Azərbaycan tərəfindən Vəkillər
Kollegiyasının dəstəyi ilə keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi
Simulyasiyası tələbələrin inkişafında müstəsna əhəmiyyətə malikdir. Bu tip
yarışlarla tələbələr nəzəriyyədə əldə etdikləri bilik və bacarıqları praktikada
tətbiq etməyi öyrənirlər. Ümid edirəm ki, bu qəbildən olan layihələr davamlı
olacaq.
Sonra çıxış edən Vəkillər
Kollegiyası Rəyasət Heyətinin üzvü, “Rödl & Partner” şirkətinin partnyoru, vəkil
Elçin Usub bildirib ki, Kollegiya ilə ELSA Azərbaycan arasında qurulan səmərəli
əməkdaşlıq uğurla davam edir. O, atıq uzun illərdir ki, Kollegiya ilə ELSA
arasında əməkdaşlıq münasibətlərinin olduğunu qeyd edib. Vurğulanıb ki, Kollegiya hər
zaman gənclərə dəstək olmağa hazırdır.
Final mərhələsində ərizəçi
qismində “Stronsium”, dövlət tərəfinin nümayəndəsi qismində isə “Libertas”
komandası çıxış ediblər.
Finalistlərin çıxışları
hakimlər tərəfindən qiymətləndirilib və nəticədə “Libertas” komandasının üzvləri
qalib elan olunub. “Stronsium” komandasının üzvləri isə II yerə layiq görülüblər.
Müsabiqənin sonunda qaliblərə
500 AZN dəyərində mükafat, sertifikat, kubok təqdim edilib və “Rödl &
Partner” konsaltinq şirkətində təcrübə imkanı, ikinci yerin qaliblərinə isə 250
AZN dəyərində mükafatı və sertifikat təqdim olunan kouçinq seansı və sertifikat
verilib.
Tədbirdə həmçinin “Ən
yaxşı natiq” müəyyən olunub və qiymətləndirilmənin nəticəsində həmin
nominasiyaya “Libertas” komandasının üzvü Kənan Bağırov layiq görülüb.