Naxçıvan Dövlət
Universitetində (NDU) Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK)
NDU-nun tələbləri üçün elan etdiyi "Heydər Əliyev adına tələbə təqaüd
proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”nın qaliblərinin
mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar
Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov, türk dünyasının
ilk qadın hüquqşünas və vəkili olan Sürəyya Ağaoğlunun yaxın qohumu Nigar
Axundova, NDU-nun müəllim və tələbə heyəti iştirak edib.
Sonda "Sürəyya
Ağaoğlu adına tələbə təqaüd proqramı”nın qalibi olan NDU-nun Beynəlxalq və
hüquq fakültəsinin II kurs tələbəsi Sevgi Rzayevaya və “Heydər Əliyev adına tələbə
təqaüd proqramı”nı qazanan universitetin Hüquq və beynəlxalq münasibətlər
fakültəsinin III kurs tələbəsi İnfin Zeyniyev mükafatlandırılıb.
Qeyd edək ki, oktyabr
ayının 20-də ARVK-nın Rəyasət Heyətinin qərarına əsasən, cari ildə imzalanmış
Memoranduma uyğun olaraq, NDU-nun təhsildə fərqlənən tələbləri üçün fərdi təqaüdün
ayrılması məqsədilə, Kollegiya tərəfindən "Heydər Əliyev adına tələbə təqaüd
proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” təsis olunub.
Daha sonra NDU-nun 7 tələbəsi arasında keçirilən müsahibədə Sevgi Rzayeva "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”na və İnfin Zeyniyev isə “Heydər Əliyev adına tələbə təqaüd proqramı”na layiq görülüb.