100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Heydər Əliyev və Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramlarına layiq görülən tələbələr mükafatlandırılıb

23 December 2023    565 share share

Naxçıvan Dövlət Universitetində (NDU) Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) NDU-nun tələbləri üçün elan etdiyi "Heydər Əliyev adına tələbə təqaüd proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov, türk dünyasının ilk qadın hüquqşünas və vəkili olan Sürəyya Ağaoğlunun yaxın qohumu Nigar Axundova, NDU-nun müəllim və tələbə heyəti iştirak edib.

Sonda "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”nın qalibi olan NDU-nun Beynəlxalq və hüquq fakültəsinin II kurs tələbəsi Sevgi Rzayevaya və “Heydər Əliyev adına tələbə təqaüd proqramı”nı qazanan universitetin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi İnfin Zeyniyev mükafatlandırılıb.

Qeyd edək ki, oktyabr ayının 20-də ARVK-nın Rəyasət Heyətinin qərarına əsasən, cari ildə imzalanmış Memoranduma uyğun olaraq, NDU-nun təhsildə fərqlənən tələbləri üçün fərdi təqaüdün ayrılması məqsədilə, Kollegiya tərəfindən "Heydər Əliyev adına tələbə təqaüd proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” təsis olunub.

Daha sonra NDU-nun 7 tələbəsi arasında keçirilən müsahibədə Sevgi Rzayeva "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”na və İnfin Zeyniyev isə “Heydər Əliyev adına tələbə təqaüd proqramı”na layiq görülüb.