Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası (ARVK) ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində
növbəti ixtisasartırma təlimləri keçirilib.
Belə ki, dekabrın 7-də “Qanun
üzrə vərəsəlik və mirasdan məcburi pay institutlarının əsasları” mövzusu üzrə
distant qaydada keçirilən təlimdə Kollegiyanın üzvü Səttar Məmmədov, dekabrın
11-də “Korrupsiyaya qarşı mübarizə beynəlxalq və milli qanunvericilikdə.
Maraqların toqquşması və onun qarşısının alınması üzrə tədbirlər” mövzusu üzrə
distant qaydada baş tutan təlimdə Kollegiyanın üzvü İlhamə Həsənova və dekabrın
22-də “Xüsusi ittiham qaydasında təqib olunan cinayətlər” mövzusu üzrə distant
qaydada keçirilən təlimdə VK-nın üzvü Fərid Həsənov təlimçi qismində iştirak ediblər.
Təlimlərdə ümumilikdə 171 vəkil iştirak edib.