Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.
Belə ki, dekabrın 7-də “Qanun üzrə vərəsəlik və mirasdan məcburi pay institutlarının əsasları” mövzusu üzrə distant qaydada keçirilən təlimdə Kollegiyanın üzvü Səttar Məmmədov, dekabrın 11-də “Korrupsiyaya qarşı mübarizə beynəlxalq və milli qanunvericilikdə. Maraqların toqquşması və onun qarşısının alınması üzrə tədbirlər” mövzusu üzrə distant qaydada baş tutan təlimdə Kollegiyanın üzvü İlhamə Həsənova və dekabrın 22-də “Xüsusi ittiham qaydasında təqib olunan cinayətlər” mövzusu üzrə distant qaydada keçirilən təlimdə VK-nın üzvü Fərid Həsənov təlimçi qismində iştirak ediblər.
Təlimlərdə ümumilikdə 171 vəkil iştirak edib.