"Heydər Əliyev İli” və 28 dekabr “Vəkil Günü” peşə bayramı
münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tədbirlər planı
çərçivəsində respublika ərazisində növbəti ödənişsiz hüquqi yardım
aksiyalarının keçirilməsi ilə bağlı “Açıq qapı” günü elan edilib.
Bununla bağlı olaraq, 27-28 dekabr tarixlərində Bakı şəhəri 7 saylı Vəkil Bürosu, Masallı rayon Vəkil Bürosu, Şirvan Regiona Vəkil
Bürosu və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri vətəndaşlara ödənişsiz
hüquqi yardım göstərib.
Burada vəkillər vətəndaşlara hüquqi məsləhətlər verib, həmçinin
müvafiq yazılı ərizələr tərtib ediblər.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati
işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı,
kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə
ediblər.
Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib.