100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

"Heydər Əliyev İli” və “Vəkil Günü” münasibətilə vətəndaşlara növbəti dəfə ödənişsiz hüquqi yardım göstərilib

29 December 2023    723 share share

"Heydər Əliyev İli” və 28 dekabr “Vəkil Günü” peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində respublika ərazisində növbəti ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi ilə bağlı “Açıq qapı” günü elan edilib.

Bununla bağlı olaraq, 27-28 dekabr tarixlərində Bakı şəhəri 7 saylı Vəkil Bürosu, Masallı rayon Vəkil Bürosu, Şirvan Regiona Vəkil Bürosu və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri vətəndaşlara ödənişsiz hüquqi yardım göstərib.

Burada vəkillər vətəndaşlara hüquqi məsləhətlər verib, həmçinin müvafiq yazılı ərizələr tərtib ediblər.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib.