Yanvarın 29-da Azərbaycan Respublikasının
Vəkillər Kollegiyasında (ARVK) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun (DTİHB) ölkəmizdə növbədənkənar Prezident seçkiləri ilə əlaqədar
Seçki Müşahidə Missiyasının (SMM) hüquqi analitiki Svetlana Chetaikina ilə görüş
keçirilib.
Qonaqları salamlayan Kollegiyanın sədri
Anar Bağırov rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyəti, görülən işlər
barədə ətraflı məlumat verib, müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə
həyata keçirilən layihələrdən danışaraq, bu istiqamətdə xeyli faydalı
əməkdaşlıqların əldə olunduğunu deyib.
Görüşdə ARVK-nın Baş katibi Bayram Orucov
təqdimatla çıxış edərək son dövrlər Kollegiyada görülən işlərin hesabatlılığını
təqdim edib, beynəlxalq təcrübədən, o cümlədən sıx əməkdaşlıq çərçivəsində
ərsəyə gətirilən bir sıra layihələrdən söhbət açıb.
Daha sonra SMM-in hüquqi analitiki Svetlana
Chetaikina Missiyasının məqsədini, fəaliyyətini, Azərbaycana səfərlərinin və
keçirilən görüşlərin əhəmiyyətini qeyd edib.
Həmçinin, görüşdə qarşılıqlı maraq doğuran
bir sıra digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, görüşdə ARVK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova və SMM-in Aparıcı hüquqi analitikinin köməkçisi Səyyad Yusifli də iştirak edib.