Cari ilin fevral ayının 17-də Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının Akademiyasında “Xarici dövlətlərə vəkil
sorğularının göndərilməsi” mövzusunda təlim keçirilib.
Təlimdə Kollegiyanın üzvü Elvin Quliyev
təlimçi qismində iştirak edib.
Açılış nitqi ilə çıxış edən Vəkillər
Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev əvvəlcə iştirakçıları
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb və
təlimin işinə uğurlar arzulayıb. Professor beynəlxalq sorğuların
göndərilməsinin müəyyən edilən dövlətlərarası prosedurlara uyğun olmasının
vacibliyini vurğulayıb,
Təlimin əsas hissəsində Kollegiyanın üzvü
Elvin Quliyev “Beynəlxalq sorğuların göndərilməsi prosedurları” və “Sorğuların
cavablandırılmasına dair beynəlxalq qanunvericilik” mövzusunda məruzələrlə
çıxış edib.
Sonda vəkillərin bu sahədə çoxsaylı
sualları cavablandırılıb, üzləşdikləri problemli məsələlər təhlil olunub.
Təlimdə ümumilikdə Vəkillər Kollegiyasının 50 üzvü iştirak edib.