100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının üzvlərinə “Xarici dövlətlərə vəkil sorğularının göndərilməsi” mövzusunda təlim keçirilib

19 February 2024    816 share share

Cari ilin fevral ayının 17-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Akademiyasında “Xarici dövlətlərə vəkil sorğularının göndərilməsi” mövzusunda təlim keçirilib.

Təlimdə Kollegiyanın üzvü Elvin Quliyev təlimçi qismində iştirak edib.

Açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev əvvəlcə iştirakçıları Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb və təlimin işinə uğurlar arzulayıb. Professor beynəlxalq sorğuların göndərilməsinin müəyyən edilən dövlətlərarası prosedurlara uyğun olmasının vacibliyini vurğulayıb, sorğuların müvafiq dövlətə yönləndirildiyi zaman vəkillər tərəfindən əməl olunması vacib istiqamətlərdən söz açıb.

Təlimin əsas hissəsində Kollegiyanın üzvü Elvin Quliyev “Beynəlxalq sorğuların göndərilməsi prosedurları” və “Sorğuların cavablandırılmasına dair beynəlxalq qanunvericilik” mövzusunda məruzələrlə çıxış edib.

Sonda vəkillərin bu sahədə çoxsaylı sualları cavablandırılıb, üzləşdikləri problemli məsələlər təhlil olunub.

Təlimdə ümumilikdə Vəkillər Kollegiyasının 50 üzvü iştirak edib.