Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan və Türkiyə vəkillər kollegiyaları arasında tədris sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib

01 mart 2024    589 share share

Cari ilin fevral ayının 28-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev Türkiyəyə işğüzar səfər çərçivəsində Türkiyə İstanbul Barosunun prezidenti Filiz Saraç ilə görüşüb.

Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovun salamını İstanbul Barosunun prezidentinə çatdıran professor Azərbaycan Respublikası Vəkillər Kollegiyasının son dövrlər fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib.

Sonra yeni yaranan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyası barədə də fikir mübadiləsi olub.

Daha sonra görüşdə Azərbaycan və Türkiyə vəkillər kollegiyaları arasında tədris sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib, gələcəkdə bu fəaliyyətin genişləndirilməsi sahəsində razılıqlar əldə olunub.

Həmçinin, görüşdə Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının sədrinin müşaviri Pərviz Məmmədzadə də çıxış edib.