Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası tərəfindən Bakı şəhərində, bölgələrdə və sosialyönümlü digər
ünvanlarda minlərlə aztəminatlı şəxslərə mütəmadi olaraq pulsuz hüquqi yardım
aksiyaları davam etdirilir.
Belə ki, cari ilin mart ayının 2-də aksiya
ilə əlaqədar Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Şamaxı rayonunda səfərdə
olublar.
Səfər iştirakçıları Şamaxı Rayon İcra
Hakimiyyətinin inzibati binasında vətəndaşlara hüquqi məsləhətlər verib, habelə
müvafiq yazılı sənədlər tərtib edib. Eyni zamanda mülki, ailə və inzibati
işlərə dair məsləhətlər verib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin
əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq
mübahisələri, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.