Cari ilin 6-8
mart tarixlərində Avropa Vəkillər Assosiasiyası (AEA-EAL) və Polşanın Maria
Curie-Sklodovska Universitetinin Hüquq və İdarəetmə fakültəsinin təşkilatçılığı
ilə “Müasir rəqəmsal transformasiyalar mühitində hüquq peşəsi. Çağırışlar və
dilemmalar” mövzusunda sözügedən ölkənin Lublin şəhərində beynəlxalq konfrans
keçirilib.
Tədbirdə
AEA-EAL üzvləri, Fransa, İtaliya, İspaniya, Polşa və digər ölkələrin
hüquqşünasları, vəkil və hüquqşünas alimləri iştirak edib.
Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının, “Elektron vəkillik", Biznes
Hüququ” və AEA-EAL-in İKT komitələrinin üzvü İlham Hüseynov sözügedən konfransa
qatılıb və “Beynəlxalq hüquqda maliyyə öhdəliklərinin hüquqi tənzimlənməsində
süni intellektin rolu” mövzusunda çıxış edib.
Eyni zamanda,
tədbir çərçivəsində İlham Hüseynov AEA-EAL-in prezidenti Mariya Slazak, Lublin
Hüquq məsləhətçiləri palatasının rəhbəri Arkadius Bereza, Hindistan Vəkillər
Kollegiyasının prezidenti Prashant Kumar, Maria Curie-Sklodovska
Universitetinin professoru Marzena Świstak ilə görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq
məsələlərini müzakirə edib.