Cari ilin aprel
ayının 19-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İntizam
Komissiyasının növbəti iclası keçirilib.
İclasda ümumilikdə 15
müraciət əsasında (onlardan 2 müraciət eyni icraatda olmaqla) başlanılan
intizam icraatları üzrə 13 işə baxılıb, 3 iş əlavə araşdırma aparılması üçün təxirə
salınıb, 10 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:
- 3 intizam işi üzrə
vəkilin hərəkətlərində pozuntunun olması;
- 3 intizam işi üzrə
vəkilin hərəkətlərində pozuntunun olmaması;
- 2 intizam işi üzrə
vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması;
- 2 intizam işi üzrə
icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması.
Müvafiq rəy qəbul
edilmiş işlərin 9-u fiziki şəxslərdən, 1-i isə məhkəmələrdən daxil olan müraciətlər
əsasında başlanılan intizam icraatları üzrə olub.
Vəkilin hərəkətlərində
pozuntunun olması barədə rəy verilən işlərin 2-si fiziki şəxslərin, 1-i isə məhkəmələrin
müraciətləri üzrə olub.
Vəkilin hərəkətlərində
pozuntunun olması barədə rəy verilən intizam işlərindən:
- 1 intizam işində “vəkilin
peşə fəaliyyətindən kənar davranışında şikayətçiyə münasibətdə qeyri-etik,
kobud və nalayiq ifadələr işlətməklə, mədəni, nəzakətli, diqqətli və səbirli
davranış tərzi nümayiş etdirməməsi (1 vəkillə bağlı 1 fakt)”;
- 1 intizam işində “vəkilin
iş üzrə məhkəməyə müvafiq vəkil orderini təqdim etmədən hüquqi yardım göstərməsi
(1 vəkillə bağlı 1 fakt) və hüquqi yardımın göstərilməsi haqqında müqavilədə
tapşırığın ayrı-ayrı məhkəmələrdə yerinə yetirilməsini qeyd etməsi (1 vəkillə
bağlı 1 fakt)”;
- 1 intizam işində “vəkilin göstərdiyi hüquqi yardımla bağlı müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması (1 vəkillə bağlı 1 fakt), iş üzrə məhkəmə iclasında iştirak etməməsi (1 vəkillə bağlı 1 fakt) və hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi (1 vəkillə bağlı 2 fakt)” halları intizam pozuntusu kimi qiymətləndirilib.