100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib

20 April 2024    612 share share

Cari ilin aprel ayının 19-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.

İclasda ümumilikdə 15 müraciət əsasında (onlardan 2 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 13 işə baxılıb, 3 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 10 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub: 

- 3 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;

- 3 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;

- 2 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması;

- 2 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması.

Müvafiq rəy qəbul edilmiş işlərin 9-u fiziki şəxslərdən, 1-i isə məhkəmələrdən daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 2-si fiziki şəxslərin, 1-i isə məhkəmələrin müraciətləri üzrə olub.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən intizam işlərindən:

- 1 intizam işində “vəkilin peşə fəaliyyətindən kənar davranışında şikayətçiyə münasibətdə qeyri-etik, kobud və nalayiq ifadələr işlətməklə, mədəni, nəzakətli, diqqətli və səbirli davranış tərzi nümayiş etdirməməsi (1 vəkillə bağlı 1 fakt)”;

- 1 intizam işində “vəkilin iş üzrə məhkəməyə müvafiq vəkil orderini təqdim etmədən hüquqi yardım göstərməsi (1 vəkillə bağlı 1 fakt) və hüquqi yardımın göstərilməsi haqqında müqavilədə tapşırığın ayrı-ayrı məhkəmələrdə yerinə yetirilməsini qeyd etməsi (1 vəkillə bağlı 1 fakt)”;

- 1 intizam işində “vəkilin göstərdiyi hüquqi yardımla bağlı müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması (1 vəkillə bağlı 1 fakt), iş üzrə məhkəmə iclasında iştirak etməməsi (1 vəkillə bağlı 1 fakt) və hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi (1 vəkillə bağlı 2 fakt)” halları intizam pozuntusu kimi qiymətləndirilib.