Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərin peşə bayramı günü ödənişsiz hüquqi yardım kampaniyası çərçivəsində 58 iddia ərizəsi hazırlanmış, 11 nəfər adından sorğu və 380 nəfərə şifahi məsləhət verilmişdir

02 avqust 2018    5402 share share

Məlum olduğu kimi, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 25.07.2018-ci il tarixli iclasında qəbul olunmuş qərarlardan biri də 30 iyul – “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” Bakı şəhəri və Respublikanın digər rayon və şəhərlərində yerləşən vəkil qurumları tərəfindən qeyd olunan gün əhaliyə ödənişsiz hüquq yardımın göstərilməsi idi. Qərarın icrası ilə bağlı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ölkə üzrə bütün vəkil qurumlarını məlumatlandırmış və tapşırığın icrasının nəticəsi barədə Rəyasət Heyətinə məlumat verilməsi bildirilmişdir.

Beləliklə, qeyd olunmalıdır ki, 30.07.2018-ci il tarixdə Bakı şəhəri üzrə əhaliyə ödənişsiz hüquqi yardımın göstərilməsi ilə əlaqədar məhkəmələrə müraciət edilməsi ilə bağlı 26 iddia ərizəsi hazırlanmış, 8 nəfər adınan sorğu və 213 nəfərə isə şifahi məsləhət verilmişdir. Respublikanın digər rayon və şəhərləri üzrə isə 32 nəfərə iddia ərizəsi hazırlanmış, 3 nəfər adınan sorğu və 167 nəfərə şifahi məsləhət verilmişdir.

Respublika üzrə cəmi 58 nəfərə iddia ərizəsi hazırlanmış, 11 nəfər adınan sorğu və 380 nəfərə şifahi məsləhət verilmişdir.

Qeyd olunmalıdır ki, Bakı şəhərinin vəkil qurumları arasında ən çox hüquqi xidmət “Yusifbəyli və partnyorları” Vəkil Bürosu tərəfindən göstərilmişdir. Belə ki, həmin qurum tərəfindən məhkəmələrə müraciət edilməsi ilə bağlı 6 nəfərə iddia ərizəsi hazırlanmış, 5 nəfər adınan sorğu verilmiş və 32 nəfərə şifahi məsləhət verilmişdir.

Respublikanın digər rayon və şəhərləri üzrə isə vəkil qurumları arasında ən çox hüquqi xidmət Sumqayıt Şəhər Vəkil Bürosu tərəfindən göstərilmişdir. Belə ki, həmin qurum tərəfindən məhkəmələrə müraciət edilməsi ilə bağlı 8 nəfərə iddia ərizəsi hazırlanmış, 22 nəfərə şifahi məsləhət verilmişdir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, gələcəkdə vəkillərin peşə bayramı günü bu kimi sosial kampaniyaların davamlı keçirilməsi təmin ediləcəkdir.