Cari ilin aprel
ayının 27-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə Ədliyyə
Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə
infrastrukturu” layihəsi çərçivəsində vəkillər üçün “Elektron vəkil orderi”
mövzusunda təlim keçirilib.
Təlimdə “HGNS
Counsilor” Vəkil Bürosunun müdiri, “Elektron vəkillik" Komitəsinin sədri
Nihad Əliyev tərəfindən Vəkillər Kollegiyasının üzvləri üçün məruzələr olunub,
vəkil ordeninin elektron əldə edilməsinin prosedur qaydaları əyani nümayiş
etdirilib.
Distant formada keçirilən təlimdə 92 vəkil iştirak edib.