100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Elektron vəkil orderi” mövzusunda təlim təşkil edilib

29 April 2024    519 share share

Cari ilin aprel ayının 27-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində vəkillər üçün “Elektron vəkil orderi” mövzusunda təlim keçirilib.

Təlimdə “HGNS Counsilor” Vəkil Bürosunun müdiri, “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev tərəfindən Vəkillər Kollegiyasının üzvləri üçün məruzələr olunub, vəkil ordeninin elektron əldə edilməsinin prosedur qaydaları əyani nümayiş etdirilib.

Distant formada keçirilən təlimdə 92 vəkil iştirak edib.