Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən
Bakı şəhərində, bölgələrdə və sosialyönümlü digər ünvanlarda minlərlə aztəminatlı
şəxslərə mütəmadi olaraq pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.
Belə ki, cari ilin may ayının 4-də ARVK və Gədəbəy Rayon
İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gədəbəy rayonunda pulsuz hüquqi
yardım aksiyası keçirilib. Aksiya ilə əlaqədar Bakı şəhəri 21 saylı Vəkil
Bürosunun (VB) müdiri Xaliq Hüseynov, Gədəbəy rayonunda fərdi vəkil kimi fəaliyyət
göstərən Xəyal Səmədzadə və Mingəçevir şəhər Vəkil Bürosunun vəkilləri Gədəbəydə
pulsuz hüquqi yardım göstəriliblər. Onlar Gədəbəy rayonunun Heydər Əliyev Mərkəzində
vətəndaşlara hüquqi məsləhətlər verib, habelə müvafiq yazılı sənədlər tərtib
edib. Eyni zamanda mülki, ailə və inzibati işlərə dair məsləhətlər verib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti ailə
münasibətləri, əmək mübahisəsi, inzibati cərimələr və digər sosial məsələlərlə
bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.