100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Gədəbəydə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

06 May 2024    497 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən Bakı şəhərində, bölgələrdə və sosialyönümlü digər ünvanlarda minlərlə aztəminatlı şəxslərə mütəmadi olaraq pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.

Belə ki, cari ilin may ayının 4-də ARVK və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gədəbəy rayonunda pulsuz hüquqi yardım aksiyası keçirilib. Aksiya ilə əlaqədar Bakı şəhəri 21 saylı Vəkil Bürosunun (VB) müdiri Xaliq Hüseynov, Gədəbəy rayonunda fərdi vəkil kimi fəaliyyət göstərən Xəyal Səmədzadə və Mingəçevir şəhər Vəkil Bürosunun vəkilləri Gədəbəydə pulsuz hüquqi yardım göstəriliblər. Onlar Gədəbəy rayonunun Heydər Əliyev Mərkəzində vətəndaşlara hüquqi məsləhətlər verib, habelə müvafiq yazılı sənədlər tərtib edib. Eyni zamanda mülki, ailə və inzibati işlərə dair məsləhətlər verib.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti ailə münasibətləri, əmək mübahisəsi, inzibati cərimələr və digər sosial məsələlərlə bağlı olub.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.