Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Dövlət
İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 26.05.2024-cü il
tarixdə saat 10:00-da ARVK və Naxçıvan Muxtar Respublikasının Vəkillər
Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test
mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanı namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.
Həmçinin namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl
imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri və buraxılış
vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Bir daha qeyd etmək istərdik ki, ixtisas imtahanının test mərhələsi DİM-in
Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi ilə Əhməd Rəcəbli küçəsinin
kəsişməsində (Türk Dövlətləri Parlament Assambleyasının inzibati binasının
yanında) yerləşən yeni elektron imtahanlar korpusunda təşkil olunacaq (test
imtahanı Bakı Asiya Universitetində deyil, DİM-nin yeni inzibati binasında
keçiriləcəkdir).
Buraxılış vərəqəsini buradan çap edə bilərsiniz.
İmtahan mərkəzinin ünvanı ilə buradan tanış ola bilərsiniz.