Məlum olduğu kimi, cənab Prezidentin “Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22
fevral 2018-ci il tarixli Sərəncamından irəli gələrək Vəkillər Kollegiyası tərəfindən
informasiya kommunikasiya texnologiyalarından daha da geniş sürətdə istifadə
edilməsi, vətəndaşların hüquqi yardıma çatımlılığı və hüquqi yardımın keyfiyyətinin
artırılması məqsədilə hazırlanaraq fəaliyyətə başlayan “Elektron vəkil orderi”
sistemindən aktiv istifadə edilir. Vəkillərin işini asanlaşdıran, vaxt
itkisinin qarşısını alan, vətəndaş məmnunluğunu təmin edən bu sistem ötən ilin
noyabr ayından pilot layihə kimi start götürüb və bu ilin aprelindən etibarən
isə bir çox bürolarda uğurla həyata keçirilir.
Bu müddət ərzində “Elektron vəkil orderi” vasitəsi
ilə 19 Vəkil Bürosunda 828, habelə fərdi vəkilliklə fəaliyyət göstərən vəkillər
isə 35 elektron müqavilə bağlayıb.
Beləliklə, qısa müddət ərzində ümumilikdə 863
elektron müqavilə bağlanaraq Vəkillər Kollegiyası informasiya kommunikasiya
texnologiyaları sahəsində yeni uğura imza atıb.
Bildirmək istərdik ki, bundan sonra da elektron
qaydada bağlanmış müqavilələr üzrə əldə olunan orderlərin aylıq statistikası
barədə məlumat veriləcək.
Qeyd edək ki, məlum olduğu kimi, Vəkillər
Kollegiyası Rəyasət Heyətinin 1 mart 2024-cü il tarixli iclasında, “Elektron vəkil
orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel
olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar
verilib.