ARVK Biznes Hüququ
Komitəsi (BHK) yeni layihəsini təqdim edir: “Biznes Hüququ Müzakirə Klubu”
(BHMK). Layihənin məqsədi biznes ilə dövlət qurumlarının iştirakı ilə aktual və
praktiki hüquqi məsələlərin müzakirəsi məqsədilə görüşlər təşkil edərək, məlumatlılığı
artırmaq və maarifləndirmə məqsədilə sonradan həmin müzakirələri video formatda
ARVK-nın informasiya resurslarında yerləşdirməkdir.
BHMK-nın 27 may
2024-cü il tarixində keçirilmiş ilk görüşünə aid videomaterialı təqdim edirik. Qeyd
etmək istərdik ki, BHMK-nın ilk mövzusu “Banklarda korporativ idarəetmə
standartlarının tətbiqi” ilə bağlıdır. BHMK-nın ilk buraxılışında “korporativ
idarəetmə” anlayışı, ümumilikdə hüquqi şəxslərdə və banklarda korporativ idarəetmənin
əhəmiyyəti, AR Mərkəzi Bankının İH-nin 28.08.2023-cü il tarixli Qərarı ilə təsdiq
edilmiş “Banklarda korporativ idarəetmə Standartları”, “yaşıl” maliyyə və
COP29, minoritar səhmdarlara yönəlik tələblər və s. mövzularla bağlı müzakirə
aparılmışdır.
Birinci
buraxılışın təşkilatçısı BHK-nın Maliyyə hüququ işçi qrupu, moderatoru həmin işçi
qrupun rəhbəri Əfqan Baxışov, natiqlər isə Azərbaycan Respublikasının Mərkəzi
Bankının əməkdaşları Şəhriyar Əhmədov və Kənan Təyyarlı, Azərbaycan Banklar
Assosiasiyasının nümayəndələri Qorxmaz Ağayev və Günel Baxşiyeva olmuşdur.
İlk buraxılışın məkan
sponsoru olmuş “Ernst & Young Holdings (CIS) B.V.” şirkətinin Azərbaycan
Respublikasındakı filialına və şəxsən Hüquq meneceri Məmməd Balacanova təşkilati
dəstəyə görə dərin minnətdarlığımızı bildiririk.
Video ilə buradan tanış ola bilərsiniz.
Video ilə habelə BHK-nın saytından da tanış ola bilərsiniz.