ARVK Biznes Hüququ Komitəsi (BHK) yeni layihəsini təqdim edir: “Biznes Hüququ Müzakirə Klubu” (BHMK). Layihənin məqsədi biznes ilə dövlət qurumlarının iştirakı ilə aktual və praktiki hüquqi məsələlərin müzakirəsi məqsədilə görüşlər təşkil edərək, məlumatlılığı artırmaq və maarifləndirmə məqsədilə sonradan həmin müzakirələri video formatda ARVK-nın informasiya resurslarında yerləşdirməkdir.
BHMK-nın 27 may 2024-cü il tarixində keçirilmiş ilk görüşünə aid videomaterialı təqdim edirik. Qeyd etmək istərdik ki, BHMK-nın ilk mövzusu “Banklarda korporativ idarəetmə standartlarının tətbiqi” ilə bağlıdır. BHMK-nın ilk buraxılışında “korporativ idarəetmə” anlayışı, ümumilikdə hüquqi şəxslərdə və banklarda korporativ idarəetmənin əhəmiyyəti, AR Mərkəzi Bankının İH-nin 28.08.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları”, “yaşıl” maliyyə və COP29, minoritar səhmdarlara yönəlik tələblər və s. mövzularla bağlı müzakirə aparılmışdır.
Birinci buraxılışın təşkilatçısı BHK-nın Maliyyə hüququ işçi qrupu, moderatoru həmin işçi qrupun rəhbəri Əfqan Baxışov, natiqlər isə Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşları Şəhriyar Əhmədov və Kənan Təyyarlı, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri Qorxmaz Ağayev və Günel Baxşiyeva olmuşdur.
İlk buraxılışın məkan sponsoru olmuş “Ernst & Young Holdings (CIS) B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialına və şəxsən Hüquq meneceri Məmməd Balacanova təşkilati dəstəyə görə dərin minnətdarlığımızı bildiririk.
Video ilə buradan tanış ola bilərsiniz.
Video ilə habelə BHK-nın saytından da tanış ola bilərsiniz.