Cari ilin 21-22 iyun tarixlərində Naxçıvan
Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli
nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət
Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi
Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol”
adlı respublika konqresi keçirilib.
Festival-Konqresdə Vəkillər Kollegiyasını
Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev təmsil edib.
Festival-Konqresin ikinci günü “Qərbi
Azərbaycana qayıdışın hüquqi aspektləri” mövzusunda bölmənin iclasında bölmə
rəhbəri olaraq açılış nitqi ilə çıxış edən professor Əmir Əliyev bütün
iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayaraq tədbirin
işinə uğurlar arzulayıb. Professor həmçinin “Qərbi Azərbaycandan deportasiya
edilmiş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası istiqamətində mədəni
irsin qorunması” mövzusunda məruzə ilə çıxış edərək müvafiq sahədə geniş hüquqi
təhlillər aparıb.
Sonra plenar iclasda Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov, Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova, Kollegiyanın üzvü Daşqın Qənbərov çıxış edərək “Qərbi Azərbaycana şərəfli və təhlükəsiz qayıdış” istiqamətində məruzələr səsləndiriblər.