Cari ilin iyun ayının 25-də Vəkillər
Kollegiyası (VK) və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə “Daşınar Əmlakın
Yüklülüyünün Dövlət Reyestrinin beynəlxalq reytinqlərdə önəmi” mövzusunda VK-nın
üzvləri üçün tədbir keçirilib.
Mərasimdə Mərkəzi Bankın Baş direktoru
Vüsal Xəlilov və Bankın Reyestr şöbəsinin rəisi Vüqar Məsimov tərəfindən
məruzələr edilib.
Tədbirdə daşınar əmlakın yüklülüyü haqqında
qanunvericilik aktları, hüquqi müstəvinin sahibkarlıq subyektlərinə və
kreditorlara verdiyi imkanlar, Reyestrin əmlak üzərində üstünlük hüququnun
müəyyən edilməsində önəmi, üstünlükləri və onun praktikada tətbiqi üzrə geniş
müzakirələr aparılıb.
Bundan əlavə, iştirakçılara Mərkəzi Bankın
maliyyə biliklərinə dair elektron resursları da təqdim edilib.
Qeyd edək ki, tədbirdə Kollegiyanın 30 üzvü və Vəkillər Kollegiyası Akademiyasının əməkdaşları iştirak edib.