100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin beynəlxalq reytinqlərdə önəmi” mövzusunda tədbir təşkil edilib

25 June 2024    328 share share

Cari ilin iyun ayının 25-də Vəkillər Kollegiyası (VK) və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə “Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin beynəlxalq reytinqlərdə önəmi” mövzusunda VK-nın üzvləri üçün tədbir keçirilib.

Mərasimdə Mərkəzi Bankın Baş direktoru Vüsal Xəlilov və Bankın Reyestr şöbəsinin rəisi Vüqar Məsimov tərəfindən məruzələr edilib.

Tədbirdə daşınar əmlakın yüklülüyü haqqında qanunvericilik aktları, hüquqi müstəvinin sahibkarlıq subyektlərinə və kreditorlara verdiyi imkanlar, Reyestrin əmlak üzərində üstünlük hüququnun müəyyən edilməsində önəmi, üstünlükləri və onun praktikada tətbiqi üzrə geniş müzakirələr aparılıb.

Bundan əlavə, iştirakçılara Mərkəzi Bankın maliyyə biliklərinə dair elektron resursları da təqdim edilib.

Qeyd edək ki, tədbirdə Kollegiyanın 30 üzvü və Vəkillər Kollegiyası Akademiyasının əməkdaşları iştirak edib.