Cari ilin iyun ayının 28-də Vəkillər
Kollegiyası, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə
Monitorinq Xidmətinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə Maliyyə Monitorinq Xidmətinin
Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan
Babayev, həmin qurumun Nəzarət orqanları ilə iş şöbəsinin rəisi Kifayət Nəsirli
və Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük mütəxəssisi Nilufər
Abdullayeva tərəfindən məruzələr edilib, iştirakçıların müvafiq istiqamətdə
çoxsaylı sualları cavablandırılıb.
Təlimdə Vəkillər Kollegiyasının üzvləri, Vəkillər Kollegiyası Akademiyasının əməkdaşları və Dövlət Vergi Xidmətinin əməkdaşları iştirak edib.