Cari ilin iyun ayının 28-də Vəkillər Kollegiyası, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Monitorinq Xidmətinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə Maliyyə Monitorinq Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev, həmin qurumun Nəzarət orqanları ilə iş şöbəsinin rəisi Kifayət Nəsirli və Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük mütəxəssisi Nilufər Abdullayeva tərəfindən məruzələr edilib, iştirakçıların müvafiq istiqamətdə çoxsaylı sualları cavablandırılıb.
Təlimdə Vəkillər Kollegiyasının üzvləri, Vəkillər Kollegiyası Akademiyasının əməkdaşları və Dövlət Vergi Xidmətinin əməkdaşları iştirak edib.