Cari ilin iyun ayının 29-da Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Sığorta hüququ ilə bağlı məhkəmə
işlərində subroqasiya” mövzusunda hibrit formatda təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova iştirakçıları
Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, onlara uğurlar arzulayıb.
O, həmçinin çıxışında müvafiq sahədə mövcud problemləri təhlil edib, bu sahədə
praktiki biliklərin əhəmiyyətini vurğulayıb.
Təlimin əsas hissəsində hüquq üzrə fəlsəfə
doktoru, dosent Mübariz Yolçiyev tərəfindən sığorta hüququ sahəsində
mühazirələr edilib, milli qanunvericilik ətraflı tədqiq olunub, müvafiq
istiqamətdə vəkillərin ixtisaslarının dərinləşməsinə yönəlmiş kazuslar təhlil
edilib.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı
sualları cavablandırılıb.
Təlimdə Vəkillər Kollegiyasının 62 üzvü distant, 12 üzvü əyani olmaqla ümumilikdə 74 vəkil iştirak edib.