100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının üzvlərinə sığorta hüququ ilə bağlı təlim təşkil edilib

01 July 2024    382 share share

Cari ilin iyun ayının 29-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Sığorta hüququ ilə bağlı məhkəmə işlərində subroqasiya” mövzusunda hibrit formatda təlim keçirilib.  

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, onlara uğurlar arzulayıb. O, həmçinin çıxışında müvafiq sahədə mövcud problemləri təhlil edib, bu sahədə praktiki biliklərin əhəmiyyətini vurğulayıb.

Təlimin əsas hissəsində hüquq üzrə fəlsəfə doktoru, dosent Mübariz Yolçiyev tərəfindən sığorta hüququ sahəsində mühazirələr edilib, milli qanunvericilik ətraflı tədqiq olunub, müvafiq istiqamətdə vəkillərin ixtisaslarının dərinləşməsinə yönəlmiş kazuslar təhlil edilib.

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Təlimdə Vəkillər Kollegiyasının 62 üzvü distant, 12 üzvü əyani olmaqla ümumilikdə 74 vəkil iştirak edib.