Cari ilin iyul ayının 3-də Vəkillər
Kollegiyasının təşkilatçılığı ilə “Əməliyyat-axtarış fəaliyyətində insan hüquq
və azadlıqlarının təminatında vəkilin rolu” mövzusunda distant təlim keçirilib.
Təlimdə Vəkillərin İntizam Komissiyasının
üzvü, 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov tərəfindən müvafiq sahədə
vəkillərin hüquq və vəzifələrini əhatə edən məruzələr edilib, vəkillərin
cavablandırdığı sorğunun nəticələri təhlil olunub.
Həmçinin təlimçi əməliyyat-axtarış
fəaliyyətində vəkillərin iştirakına dair çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının ümumilikdə 72 üzvü iştirak edib.