Cari ilin iyul ayının 3-də Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Əməliyyat-axtarış fəaliyyətində insan hüquq və azadlıqlarının təminatında vəkilin rolu” mövzusunda distant təlim keçirilib.
Təlimdə Vəkillərin İntizam Komissiyasının üzvü, 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov tərəfindən müvafiq sahədə vəkillərin hüquq və vəzifələrini əhatə edən məruzələr edilib, vəkillərin cavablandırdığı sorğunun nəticələri təhlil olunub.
Həmçinin təlimçi əməliyyat-axtarış fəaliyyətində vəkillərin iştirakına dair çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının ümumilikdə 72 üzvü iştirak edib.