Cari ilin avqust ayının 17-də Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Müqaviləyə xitam verilməsi - müqavilənin
birtərəfli xitamının praktik məsələləri” mövzusunda hibrid təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları
Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və təlim mövzusunun
aktuallığı ilə bağlı xüsusi məqamlara toxunaraq onlara uğurlar arzulayıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının
üzvü Famil Məmmədov tərəfindən müqavilənin xitamının hüquqi əsasları,
Azərbaycan qanunvericiliyində müqaviləyə xitam verilməsi prosesi, o cümlədən
xarici ölkələrin qanunvericiliyində müqavilə münasibətlərinin xüsusiyyətləri və
digər praktik məsələlər barədə geniş məlumatlar verilib, vəkilləri
maraqlandıran suallar cavablandırılıb.
Sonda Vəkillər Kollegiyasının Rəyasət
Heyətinin üzvü Elçin Usub təlimin mövzusu ilə bağlı öz təcrübəsini, o cümlədən
bir sıra aktual məsələləri iştirakçılarla bölüşüb.
Təşkil olunmuş hibrid təlimdə Vəkillər Kollegiyasının 77 üzvü distant, 14 üzvü əyani olmaqla ümumilikdə 91 vəkil və Kollegiyanın bürolarında təcrübə keçən hüquqşünas tələbələr iştirak ediblər.