100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Müqaviləyə xitam verilməsi - müqavilənin birtərəfli xitamının praktik məsələləri” mövzusunda hibrid təlim keçirilib

19 August 2024    441 share share

Cari ilin avqust ayının 17-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Müqaviləyə xitam verilməsi - müqavilənin birtərəfli xitamının praktik məsələləri” mövzusunda hibrid təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı xüsusi məqamlara toxunaraq onlara uğurlar arzulayıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Famil Məmmədov tərəfindən müqavilənin xitamının hüquqi əsasları, Azərbaycan qanunvericiliyində müqaviləyə xitam verilməsi prosesi, o cümlədən xarici ölkələrin qanunvericiliyində müqavilə münasibətlərinin xüsusiyyətləri və digər praktik məsələlər barədə geniş məlumatlar verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb.

Sonda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub təlimin mövzusu ilə bağlı öz təcrübəsini, o cümlədən bir sıra aktual məsələləri iştirakçılarla bölüşüb.

Təşkil olunmuş hibrid təlimdə Vəkillər Kollegiyasının 77 üzvü distant, 14 üzvü əyani olmaqla ümumilikdə 91 vəkil və Kollegiyanın bürolarında təcrübə keçən hüquqşünas tələbələr iştirak ediblər.