Cari il avqust ayının 24-də Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə növbəti
hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor
Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb
və “Elektron order” layihəsi üzrə keçirilən uğurlu təlimlər, o cümlədən bu
sahədə olan yeniliklər, habelə qeyd edilən yeniliklərin praktikada düzgün
tətbiqinin vəkillər üçün əhəmiyyəti barədə danışıb.
Təlimçi qismində çıxış edən Vəkillər
Kollegiyasının və “Elektron vəkillik” Komitəsinin üzvü Həmid Əhmədov “Elektron
order” xidmətləri və bu sahədə tətbiq olunan yeniliklər barədə təlim
iştirakçılarına ətraflı məlumat verib. O cümlədən müqavilənin bağlanması,
xitamı və digər əlaqəli məsələlər üzrə yarana biləcək çətinliklər barədə çıxış
edən təlimçi sonda iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Eyni zamanda təlimdə əyani qaydada iştirak
edən “Elektron vəkillik” Komitəsinin üzvü, “Fortiori” Vəkil Bürosunun müdiri
Sənan Şirinov “Elektron order” layihəsi üzrə vəkilləri maraqlandıran məsələlər
barədə müvafiq sahədəki təcrübəsini bölüşüb.
Təşkil olunmuş hibrid təlimdə büro müdirləri – Zaur Abiyev, Ədalət Verdiyev, Xalidə İsayeva, Mətanət Həsənova, Fuad Kərimov daxil olmaqla 21 vəkil əyani, 52 vəkil (ümumilikdə 73 vəkil) distant qaydada iştirak edib.