Cari il avqust ayının 31-də Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə növbəti hibrid
formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor
Əmir Əliyev iştirakçıları Kollegiyanın Rəyasət Heyətinin sədri, hüquq üzrə
fəlsəfə doktoru Anar Bağırovun adından salamlayıb və layihə üzrə uğurla davam
edən təlimlərin vəkillərin fəaliyyətində praktiki əhəmiyyətindən danışıb.
Həmçinin professor fəaliyyətə başlamış
Vəkillər Kollegiyası Akademiyasının veb-saytı (https://academy-aba.az) və yeni
sayı dərc edilmiş “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının elmi
əhəmiyyəti barədə söz açıb.
Təlimçi qismində çıxış edən “Sirius” Vəkil
Bürosunun vəkili Coşqun Şahverdiyev “Elektron order” sahəsi üzrə müvafiq
məlumatları - elektron müqavilə, orderin bağlanması və dəyişdirilməsi və s.
texniki məsələləri, xüsusən müvafiq sahə üzrə yenilikləri vəkillərin diqqətinə
çatdırıb.
Həmçinin təlimdə iştirak edən Vəkillər
Kollegiyasının üzvü, “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor”
Vəkil Bürosunun müdiri Nihad Əliyev vəkilləri bu sahədə maraqlandıran sualları
ətraflı cavablandırıb.
Təşkil olunan hibrid təlimdə büro müdirləri – Zeyqam Hüseynov, Mətanət Həsənova, Cianşa Ömərov, Xalidə İsayeva, Rəsul Yusifbəyli daxil olmaqla, 28 vəkil əyani, 78 vəkil (ümumilikdə 106 vəkil) distant qaydada iştirak edib.