100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Elektron order” layihəsi üzrə növbəti təlim təşkil edilib

02 September 2024    317 share share

Cari il avqust ayının 31-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə növbəti hibrid formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun adından salamlayıb və layihə üzrə uğurla davam edən təlimlərin vəkillərin fəaliyyətində praktiki əhəmiyyətindən danışıb.

Həmçinin professor fəaliyyətə başlamış Vəkillər Kollegiyası Akademiyasının veb-saytı (https://academy-aba.az) və yeni sayı dərc edilmiş “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti barədə söz açıb.

Təlimçi qismində çıxış edən “Sirius” Vəkil Bürosunun vəkili Coşqun Şahverdiyev “Elektron order” sahəsi üzrə müvafiq məlumatları - elektron müqavilə, orderin bağlanması və dəyişdirilməsi və s. texniki məsələləri, xüsusən müvafiq sahə üzrə yenilikləri vəkillərin diqqətinə çatdırıb.

Həmçinin təlimdə iştirak edən Vəkillər Kollegiyasının üzvü, “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri Nihad Əliyev vəkilləri bu sahədə maraqlandıran sualları ətraflı cavablandırıb.

Təşkil olunan hibrid təlimdə büro müdirləri – Zeyqam Hüseynov, Mətanət Həsənova, Cianşa Ömərov, Xalidə İsayeva, Rəsul Yusifbəyli daxil olmaqla, 28 vəkil əyani, 78 vəkil (ümumilikdə 106 vəkil) distant qaydada iştirak edib.