Vəkillər Kollegiyası Akademiyasının
təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə avqust-oktyabr ayları
aralığında təşkil olunması planlaşdırılmış təlimlər uğurla davam edir.
Belə ki, artıq avqust ayı ərzində layihə
istiqamətində keçirilən hibrid formalı təlimlərdə 234 vəkil əyani, 655 vəkil
distant qaydada olmaqla, ümumilikdə 889 vəkil iştirak edib.
Keçirilən təlimlərdə təlimçi qismində çıxış
etmiş “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS” Vəkil Bürosunun müdiri
Nihad Əliyev, həmin Komitənin üzvü, “Fortiori” Vəkil Bürosunun müdiri Sənan
Şirinov, Vəkillər Kollegiyasının və “Elektron vəkillik” Komitəsinin üzvü Həmid
Əhmədov, Kollegiyanın üzvləri - Anar Əsədov, Fərid Rzabəyli, Lalə Namazova,
Coşqun Şahverdiyev, Zinyət Ağamalıyeva elektron müqavilə və orderin bağlanması,
dəyişdirilməsi və ləğvi, elektron orderin əldə edilməsi və s. texniki məsələlər
barədə vəkilləri məlumatlandırıb, o cümlədən müvafiq sahə üzrə iştirakçıları maraqlandıran
sualları cavablandırıblar.
Layihə üzrə keçirilən hibrid formalı
təlimlərdə aşağıda adları qeyd olunan Vəkil Bürolarının bütün vəkilləri iştirak
ediblər:
1. Bakı
şəhəri 6 saylı Vəkil Bürosu
2. Bakı
şəhəri 21 saylı Vəkil Bürosu
3. Bakı
şəhəri 26 saylı Vəkil Bürosu
4. Bakı
şəhəri 36 saylı Vəkil Bürosu
5. Bakı
şəhəri 37 saylı Vəkil Bürosu
6. Ağcabədi
rayon Vəkil Bürosu
7. Biləsuvar
rayon Vəkil Bürosu
8. Bərdə
rayon Vəkil Bürosu
9. Cəlilabad
rayon Vəkil Bürosu
10. Şirvan
Regional Vəkil Bürosu
11. “Şimal”
Vəkil Bürosu
12. “Sübhan
Məmmədov və Partnyorları” Vəkil Bürosu
13. Şəki
Regional Vəkil Bürosu
14. Şəmkir
rayon Vəkil Bürosu
15. Yevlax
şəhər Vəkil Bürosu
16. Xaçmaz
şəhər Vəkil Bürosu
17. “Universal”
Vəkil Bürosu
18. “Yasa”
Vəkil Bürosu
19. “Yusifbəyli
və Partnyorları” Vəkil Bürosu
20. Saatlı
rayon Vəkil Bürosu
21. “Fortiori”
Vəkil Bürosu
22. Gəncə
şəhər 2 saylı Vəkil Bürosu
23. Göyçay
rayon Vəkil Bürosu
24. “İstiqlal”
Vəkil Bürosu
25. “Konsensus”
Vəkil Bürosu