Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə avqust-oktyabr ayları aralığında təşkil olunması planlaşdırılmış təlimlər uğurla davam edir.
Belə ki, artıq avqust ayı ərzində layihə istiqamətində keçirilən hibrid formalı təlimlərdə 234 vəkil əyani, 655 vəkil distant qaydada olmaqla, ümumilikdə 889 vəkil iştirak edib.
Keçirilən təlimlərdə təlimçi qismində çıxış etmiş “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS” Vəkil Bürosunun müdiri Nihad Əliyev, həmin Komitənin üzvü, “Fortiori” Vəkil Bürosunun müdiri Sənan Şirinov, Vəkillər Kollegiyasının və “Elektron vəkillik” Komitəsinin üzvü Həmid Əhmədov, Kollegiyanın üzvləri - Anar Əsədov, Fərid Rzabəyli, Lalə Namazova, Coşqun Şahverdiyev, Zinyət Ağamalıyeva elektron müqavilə və orderin bağlanması, dəyişdirilməsi və ləğvi, elektron orderin əldə edilməsi və s. texniki məsələlər barədə vəkilləri məlumatlandırıb, o cümlədən müvafiq sahə üzrə iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Layihə üzrə keçirilən hibrid formalı təlimlərdə aşağıda adları qeyd olunan Vəkil Bürolarının bütün vəkilləri iştirak ediblər:
1. Bakı şəhəri 6 saylı Vəkil Bürosu
2. Bakı şəhəri 21 saylı Vəkil Bürosu
3. Bakı şəhəri 26 saylı Vəkil Bürosu
4. Bakı şəhəri 36 saylı Vəkil Bürosu
5. Bakı şəhəri 37 saylı Vəkil Bürosu
6. Ağcabədi rayon Vəkil Bürosu
7. Biləsuvar rayon Vəkil Bürosu
8. Bərdə rayon Vəkil Bürosu
9. Cəlilabad rayon Vəkil Bürosu
10. Şirvan Regional Vəkil Bürosu
11. “Şimal” Vəkil Bürosu
12. “Sübhan Məmmədov və Partnyorları” Vəkil Bürosu
13. Şəki Regional Vəkil Bürosu
14. Şəmkir rayon Vəkil Bürosu
15. Yevlax şəhər Vəkil Bürosu
16. Xaçmaz şəhər Vəkil Bürosu
17. “Universal” Vəkil Bürosu
18. “Yasa” Vəkil Bürosu
19. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosu
20. Saatlı rayon Vəkil Bürosu
21. “Fortiori” Vəkil Bürosu
22. Gəncə şəhər 2 saylı Vəkil Bürosu
23. Göyçay rayon Vəkil Bürosu
24. “İstiqlal” Vəkil Bürosu
25. “Konsensus” Vəkil Bürosu