Sentyabrın 5-də Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının (ARVK) Hüquqi Yardım Mərkəzində Birləşmiş Millətlər Təşkilatının
(BMT) Qaçqınlar üzrə Ali Komissarlığının Hüquq şöbəsinin müdiri İvan Charnetskinin
başçılıq
etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan ARVK-nın sədr
müavini - Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov qonaqları
Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, son illər Mərkəzdə
görülən işlərdən və fəaliyyət istiqamətlərindən danışıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə
5 ildir ki, uğurlu əməkdaşlıq etdiyini vurğulayan sədr müavini bu əməkdaşlığın
səmərəli və faydalı olduğunu, habelə Kollegiyanın qurumlar arasında
münasibətləri yüksək qiymətləndirdiyini, gələcəkdə də birgə layihələrin
keçirilməsi üçün mütəmadi görüşlərin vacibliyini bildirib.
Sonra BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının Komissarlığının Hüquq şöbəsinin müdiri İvan Charnetski
çıxışında ARVK-nın son illər həyata keçirdiyi fəaliyyətini təqdirəlayiq hesab
etdiyini deyərək sıx əməkdaşlıqdan məmnun olduğunu və Kollegiyanın bu sahədə
atdığı addımları yüksək qiymətləndirdiyini qeyd edib. Qonaq əməkdaşlığın zəruriliyini
xüsusi vurğulayıb və ən qısa zamanda bu istiqamətdə növbəti əməli addımların
atılması barədə fikir söyləyib.
Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.