Cari il sentyabr ayının 7-də Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə əyani və distant qaydada növbəti 2 təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən Vəkillər
Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları
Kollegiyanın sədri Anar Bağırovun və Akademiyanın rektoru Əmir Əliyevin adından
salamlayıb və onlara uğurlar arzulayıb.
Günün ilk təlimi Vəkil Bürolarında
fəaliyyət göstərən mühasiblər, o cümlədən Kollegiyanın digər üzvləri üçün
təşkil edilib. Təlimdə “Elektron vəkillik” Komitəsinin üzvü, “Fortiori” Vəkil
Bürosunun müdiri Sənan Şirinov “Elektron order” xidmətləri və digər texniki
məsələlər barədə iştirakçıları məlumatlandırıb. O cümlədən sahə üzrə
mühasiblərin bilməli olduqları xüsusi məqamlar təlimçi tərəfindən qeyd olunub,
iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Layihə üzrə günün növbəti təlimində isə təlimçi
qismində Vəkillər Kollegiyasının üzvləri - Anar Əsədov və Zinyət Ağamalıyeva
çıxış ediblər. Vəkillər tərəfindən elektron müqavilə və orderin bağlanması,
dəyişdirilməsi, habelə ləğvi, elektron orderin əldə edilməsi və s. texniki
məsələlər barədə iştirakçılar məlumatlandırılıb.
Eyni zamanda müvafiq sahə üzrə
səsləndirilən suallara geniş izahlar verilib.
Büro müdirləri - Ceyhun Daanov, Zeyqam
Hüseynov, Abbas Atakişi, Anar Qasımlı, Xalidə İsayeva, Mətanət Həsənova, Ziya
Kazımov, o cümlədən Vəkil Bürolarında fəaliyyət göstərən mühasiblər də daxil
olmaqla, birinci təlimdə 58 nəfər, ikinci təlimdə isə 149 nəfər iştirak edib.