Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən “Bakı
şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən yenidən
qurulması nəzərdə tutulan inzibati binanın tikintisi işləri”nin satınalınması
üzrə açıq tender elan edilir.
TENDER
ELANI
I.Tender predmetinin adı: “Bakı şəhəri, Nərimanov rayonu, Zaur
Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən yenidən qurulması nəzərdə tutulan
inzibati binanın tikintisi işləri”nin satınalınması
İşlərin aparılması nəzərdə
tutulan ünvan və obyekt: Bakı
şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında (əvvəlki
ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 1969-cu
məhəllədə) yerləşən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun
2021-ci il tarixli 335s nömrəli Sərəncamı ilə tikintisi başa çatdırılmamış
əmlak kompleksindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılmış
inzibati bina.
Tender iştirakçılarına
(podratçılara) təklif edilir ki, əgər bu tender elanında və tender elanının şərtlər
toplusunda sadalanmış şərtlərə uyğundursa, öz tender təkliflərini
möhürlənmiş, imzalanmış şəkildə ikiqat qapalı zərflərdə yazılı surətdə
Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatına (ünvan: Bakı şəhəri, Nərimanov
rayonu, Ceyhun Hacıbəyli küçəsi 100) təqdim etsinlər. Müqavilənin icrasını
təmin etmək üçün podratçılar (təchizatçılar) lazımi maliyyə, işçi qüvvəsinə və
texniki imkanlara malik olmalıdırlar.
II.Satınalma
(tender) üzrə maliyyə mənbəyi
“Vəkillər və vəkillik
fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu
maddəsinə əsasən Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünü idarə
edən və bütün vəkillərin daxil olduğu hüquqi şəxsdir. Satınalma Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının vəsaiti hesabına həyata
keçiriləcəkdir.
III.İştirak haqqı və onun
ödənilməsi
Tenderdə iştirak etmək istəyən
təchizatçılar (podratçılar) iştirak haqqını tam məbləğdə
aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin
əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli
küçəsi 100 ünvanından ala bilərlər.
İştirak haqqının məbləği 2000
(iki min) manatdır.
İştirak haqqı heç bir halda
təchizatçıya (podratçıya) geri
qaytarılmır.
Tenderdə iştirak haqqının
ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri aşağıdakı kimidir:
Satınalan təşkilat:
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti
Hesab:AZ56IBAZ38090019449331108204
Təşkilatın VOEN-i:1400546811
Hüquqi ünvan: Bakı şəhəri,
Nəsimi rayonu, S.Vurğun küçəsi 32
Faktiki ünvan: Bakı şəhəri,
Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100
Bank: “Azərbaycan Beynəlxalq
Bankı" ASC-nin Mərkəzi filialı
Kod:805722
Bankın VOEN-i: 9900001881
Müxbir hesab:
AZ03NABZ01350100000000002944
S.W.İ.F.T BİK: IBAZAZ2X
IV.Təqdim
olunmalı sənədlər barədə
Təchizatçılar (podratçılar)
tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1) Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət (müraciətdə təchizatçının (podratçının)
tam adı, hüquqi statusu, hüquqi və faktiki ünvanı, qeydiyyata alındığı
ölkə barədə məlumatlar qeyd olunmalı, habelə müraciət səlahiyyətli şəxs
tərəfindən imzalanmalı və möhürlənməlidir);
2) Tenderdə iştirak haqqının ödənilməsi
barədə bank sənədi (sənədin üzərinə bankın
ştampı və ya möhürü vurulmalıdır);
3) Təchizatçının (podratçının) rekvizitləri (sənədin üzərinə bankın ştampı və ya möhürü
vurulmalıdır);
4) Təchizatçının (podratçının) vergi orqanında
qeydiyyata alınmasına dair və təsisçilərinin adları əks olunan dövlət reyestrindən
çıxarışının, habelə nizamnaməsinin (hüquqi şəxslər üçün); əgər
təsisçi direktor deyilsə, direktorun təyin edilməsi barədə əmrin və əmək
müqaviləsinin və vergi uçotunda olduğunu təsdiq edən sənədin (VÖEN-nin)
surəti (bütün sənədlər notarial qaydada, bu
tender elanından sonrakı tarixdə təsdiq edilməlidir, əmrin surətinin
notarial qaydada təsdiqinə zərurət yoxdur);
5) Təchizatçının (podratçının) tikinti
işlərinin (hazırkı tenderin predmetinə uyğun gələn işlərin) həyata
keçirilməsinə dair malik olduğu lisenziya və ya icazə sənədlərinin
notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq olunmuş surətləri;
6) Təchizatçı (podratçı) barəsində son bir il
ərzində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı
işlərin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməməsi
barədə Arayış (Arayış və ya məktub
müvafiq vergi orqanından cari tarix (tender elanından sonrakı tarix) üçün
alınmalı və notarial qaydada, bu tender elanından sonrakı
tarixdə təsdiq olunmalıdır);
7) Son bir il ərzində iki dəfə və ya daha çox
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi
qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tətbiq edilməsi halının mövcud olmaması barədə
Arayış (Arayış Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən alınmalıdır);
8) Müqavilənin icrası zamanı istifadə olunacaq
əmlakdan (avadanlıqlardan) sərbəst və məhduddiyyətsiz istifadə etmək imkanının
olması barədə Arayış (Arayışda əmlakın
(avadanlıqların) siyahısı göstərilməli, Arayış təhcizatçı tərəfindən tərtib
edilməli, möhürlənməli və imzalanmalıdır);
9) Təchizatçının (podratçının) borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsinə dair Arayış və
Təchizatçı (podratçı) qismində çıxış edən hüquqi
şəxsin icra orqanının rəhbərinn müvafiq satınalma predmeti üzrə müvafiq
fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsinə dair
Arayış (Arayışlar Ədliyyə Nazirliyinin müvafiq
olaraq İcra Xidmətindən və Probasiya Xidmətindən əldə olunmalıdır);
10) Təchizatçı (podratçı)
barəsində “elektron icra sistemində”
icrası tələb olunan icra sənədinin olmaması barədə məktub (məktub Ədliyyə Nazirliyinin müvafiq icra və (və ya) probasiya
şöbəsindən alınmalıdır);
11) Təchizatçının
(podratçının) vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə vergi ödəyicisinin Vergi Məcəlləsi ilə
müəyyən edilmiş vəzifələrinin yerinə yetirilin-yetirilməməsi hallarının
mövcud olmaması barədə Arayış (Arayış
və ya məktub müvafiq vergi orqanından cari tarix (tender elanından sonrakı
tarix) üçün alınmalı və notarial qaydada, bu tender elanından
sonrakı tarixdə təsdiq olunmalıdır);
12) Təchizatçının
(podratçının) nizamnamə kapitalının girovda olmaması, üzərinə həbs qoyulmaması
və digər qaydada yüklü olmaması, müflis elan edilməməsi, ləğvetmə prosesində
olmaması, həmçinin barəsində məhkəmənin yekun qərarı ilə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə
cinayət-hüquqi tədbirin tətbiq edilməsi ilə bağlı kommerisa hüquqi şəxslərin
dövlət reyestrində hər hansı məlumatın olmaması barədə Arayış (Arayış və ya məktub müvafiq vergi orqanından
cari tarix (tender elanından sonrakı tarix) üçün alınmalı və notarial qaydada,
bu tender elanından sonrakı tarixdə təsdiq olunmalıdır);
13) Təchizatçının
(podratçının) öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı,
habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə
həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə Arayışlar (Yüklülüyün
olmaması barədə arayış (məktub) müvafiq vergi orqanından cari
tarix (tender elanından sonrakı tarix) üçün alınmalı və notarial
qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq olunmalı,
digər arayış (məktub) isə Ədliyyə Nazirliyinin müvafiq icra və probasiya
şöbəsindən cari tarix (tender elanından sonrakı tarix) üçün alınmalı
və notarial qaydada, bu tender elanından sonrakı tarixdə
təsdiq olunmalıdır);
14) Satınalma prosedurlarının
başlanmasından əvvəlki 5 il ərzində direktorun, təsisçilərin
və işçilərinin peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin
bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar
cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri
ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə cari
tarixə (tender elanından sonrakı tarixə) Arayış (Təchizatçı
direktor, təsisçilər və ən azı 30 işçi ilə bağlı Arayışları Daxili
İşlər Nazirliyinin müvafiq qurumundan və ya ASAN Xidmət Mərkəzlərindən əldə
edə bilər, həmin Arayışların əsli Vəkillər Kollegiyasına
təqdim edilməlidir);
15) Təchizatçının
(podratçının) müvafiq sahibkarlıq subyekti olması barədə sənəd (iddiaçı bu barədə məktubu cari tarixə
(2024-cü ildə alınan) Dövlət Statistika Komitəsindən almalı və məktubun əslini,
əsli olmadıqda notarial qaydada, bu tender elanından sonrakı
tarixdə təsdiq edilmiş surətini təqdim etməlidir);
16) Təchizatçının
(podratçının) son bir il ərzindəki (01.10.2023-cü il tarixdən 01.10.2024-cü il
tarixədək olan dövr üzrə) maliyyə vəziyyəti haqqında bank çıxarışı (üzərinə bankın ştampı və ya möhürü
vurulmuş bank çıxarışı, bank çıxarışı çoxsəhifəli olduqda isə onun hər bir
səhifəsinin üzərinə bankın ştampı və ya möhürü vurulmalıdır);
17) Təchizatçının
(podratçının) 2023-cü il üzrə fəaliyyəti haqqında vergi
orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatlarının
(bəyannamələrinin) surətləri (bəyannamələrin
surəti notarial qaydada, bu tender elanından sonrakı tarixdə
təsdiq olunmalıdır);
18) Təchizatçının
(podratçının) vəkillik sahəsi və hüquq-mühafizə
sahəsi üzrə ayrıca inzibati binaların tikintisində kifayət qədər (hər bir
sahə üzrə ən azı 5, ümumilikdə 10 inzibati bina üzrə) təcrübəyə malik olmasını
təsdiq edən sənədlərin surəti (iddiaçı sübut üçün ayrı-ayrı təşkilatlarla
bağladığı satınalma müqavilələrinin surətini təqdim etməlidir, digər tərəflərin
kommersiya sirrinin qorunması məqsədilə həmin müqavilələrdə qiymət hissələri
çıxarıla (göstərilməyə)bilər);
19)
Təchizatçının (podratçının) ümumilikdə ən azı 10 il staja malik olması;
20) Təchizatçının
(podratçının) işçi qüvvəsinə malik olması barədə sənədlər, habelə təchizatçının
texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti, satınalma
müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının,
təcrübəsinin və texniki imkanlarının, işçi qüvvəsinin,
idarəetmə səriştəsinin, etibarlılığının olması barədə məlumatlar (ən azı 30
işçi barədə əmək müqavilələrinin surəti və təchizatçı tərəfindən həmin işçi
qüvvəsi ilə bağlı tərtib olunmuş
arayış(lar) təqdim olunmalıdır);
21) Tenderin əsas şərtlər
toplusunda göstərilən digər sənədlər (tender
təklifi, tender təklifinin təminatı ilə əlaqədar bank qarantiyası).
Sənədlər Azərbaycan dilində
1 nüsxədə qapalı və möhürlənmiş zərfdə təqdim edilməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan
dilinə tərcümə edilməli və həmin tərcümə notarial qaydada, bu tender elanından
sonrakı tarixdə təsdiq edilməlidir).
V.Tender təchizatçının
(podratçının) və onun hər hansı işçi
qüvvəsinin Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində
(http://hms.gov.az/) axtarış bölməsi
vasitəsilə aşkar olunan “sanksiya tətbiq olunmalı şəxslər” sırasında,
habelə təchizatçının
(podratçının) hər hansı işçisinin
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Mülkiyyət əleyhinə olan
cinayətlər” hissəsində (Oğurluq,
Dələduzluq, Mənimsəmə və ya israf etmə, Soyğunçuluq, Quldurluq, Hədə-qorxu ilə
tələb etmə, Xüsusi dəyəri olan əşyaları talama, Talama məqsədi olmadan qanunsuz
olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, Əmlakı qəsdən məhv
etmə və ya zədələmə, Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə, Torpaq
üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, Təbii qazın, suyun, elektrik və ya
istilik enerjisinin talanması) müəyyən
edilmiş, həmçinin Cinayət Məcəlləsinin 213-cü (Vergiləri,
işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial
sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə müəyyən edilmiş cinayətlərə görə
məhkumluğunun olmaması.
Təchizatçı (podratçı) bu barədə müvafiq Arayış tərtib
etməklə, imzalamalı və möhürləməlidir.
Tender təchizatçının
(podratçının) və ya onun işçi qüvvəsindən hər hansı şəxsin yuxarıda qeyd
olunan “sanksiya tətbiq olunmalı
şəxslər” sırasında olması və ya yuxarıda göstərilən cinayətlər üzrə
məhkumluğu aşkar edildikdə, həmin tender iştirakçısı (təchizatçı) dərhal
tenderdən kənarlaşdırılacaqdır.
VI.Sənədlərin təqdim
edilməsi prosedurları və zərflərin açılması
Təchizatçılar (podratçılar) tərəfindən sənədlər ikiqat qapalı, möhürlənmiş
və imzalanmış zərfdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatına
təqdim olunmalıdır. Yazılı müraciətlər və digər müşayiət məktubları qapalı
zərflərə daxil edilmir və həmin müraciətlər (müşayiət məktubları təchizatçılar
(podratçılar) tərəfindən qapalı zərfin üzərinə tikilir. Əks təqdirdə,
satınalan təşkilat bununla bağlı məsuliyyət daşımır.
Təchizatçılar (podratçılar) bu Tender elanının IV
hissəsinin 1-20-ci bəndlərində göstərilən bütün sənədləri 29.10.2024-cü
il saat 18:00-a qədər, bu Tender elanın IV hissəsinin 21-ci bəndində
göstərilən sənədləri isə 07.11.2024-cü il saat 12:00-a qədər Bakı
şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında
yerləşən Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatına təqdim
etməlidirlər.
Yuxarıda göstərilən vaxtdan
gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təchizatçıların (podratçıların) təklifləri 07.11.2024-cü
il saat 15:00 tarixində Bakı şəhəri, Nərimanov
rayonu, Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında yerləşən Vəkillər
Kollegiyası Rəyasət Heyətinin Aparatında Vəkillər Kollegiyasının Satınalma
Komissiyası tərəfindən açılacaqdır.
Zərflərin açılışı zamanı təchizatçıların
(podratçıların) səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Əlaqələndirici şəxs: Cəmilə
Səfərli,
Telefon: 012-594-14-95, E-mail: jamila.safarli@barassociation.az
Vəkillər Kollegiyasının Satınalma Komissiyası